Ötən gün gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyunları keçirilib. Korner.az-ın məlumatına görə, milli komandamızın növbəti rəqibi Norbeş yığması olub.
8-ci seçmə qrupda mübarizə aparan Bernard Lippertin yetirmələri səfərdən vətənə uğurlu nəticə ilə qayıda bilməyib. Markus Pedersenin 29-cu dəqiqədə vurduğu qol oyunda yeganə olub və yığmamız 6-cı matçında 4-cü məğlubiyyətini alıb.
1 iyun
NORVEÇ – AZƏRBAYCAN – 1:0
QOL: Markus Pedersen, 29
Baş hakim: Dimirar Meçkarovski (Makedoniya)
Drammen, “Marienlyst” stadionu
