Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib. Slovakiyanın paytaxtı Bratislavada keçirilən qarşılaşmada millimiz Norveç yığmasını 6:0 hesabı ilə məğlub edib.
Korner.az-ın məlumatına görə, Biro Jade və Vitali Borisovun dubl etdiyi oyunda hərəyə bir dəfə Felipe və İlkin Hacıyev fərqlənib.
