21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Norveç yığması ilə qarşılaşacaq.
Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, oyun Norveçin Drammer şəhərindəki Marienlist stadionunda keçiriləcək. Norveç – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
