Futzal üzrə Azərbaycan yığması avqust ayında beynəlxalq turnirdə iştirak edəcək.
Korner.az-ın məlumatına görə, bunu Qazaxıstan yığmasının məşqçisi Kakau açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan və turnirə ev sahibliyi edəcək Tailand yığması ilə yanaşı, yarışda Qazaxıstan, İran və Ukrayna milliləri də mübarizə aparacaq. Turnirin avqust ayının sonlarında baş tutması gözlənilir.
