Bu gün Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası Moldova ilə yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, Bernard Lippertin başçılıq etdiyi millimiz moldovalı həmyaşıdları ilə heç-heçə edib.
Görüşdə hesabı rəqib komandanın oyunçusu Karp açıb. Fasiləyə 1-0 öndə yollanan Moldova hesabı qoruya bilməyib. 83-cü dəqiqədə millimizin futbolçusu Azər Salahlı hesaba tarazlıq gətirib – 1:1.
Qeyd edək ki, sonuncu dəfə komandamız Moldova ilə 2012-ci il noyabrın 14-də qarşılaşmış və matç 1-1 hesabı ilə başa çatmışdır.