Voleybol

Millimiz Minskdə sonuncu oldu

27.11.2017 , 06:32

18 yaşadək oğlanlar arasında Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatına yekun vurulub

Belarusun paytaxtı Minskdə keçirilən yarışda qüvvəsini sınayan Azərbaycan millisi son iki oyununa çıxıb.

 
Komandamız əvvəlcə Latviya, sonra isə Ukrayna ilə üz-üzə gəlib. İlk iki qarşılaşmada Belarus və Estoniyaya eyni – 0:3 hesabı ilə uduzan millimiz bu dəfə də meydanı xalsız tərk edib.
 
Yığmamız bu dəfə də hər iki matçda eyni hesaba üzülüb (25:18, 25:11, 25:11 və 25:23, 25:15, 25:14).
 
Bu nəticələrdən sonra komandamız turniri sonuncu pillədə başa vurub.

Son yazılar

Yuxarı