Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bugündən etibarən təlim-məşq toplanışı başlayıb.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlunata görə, milli komanda təlim-məşq toplanışı çərçivəsində noyabrın 9-da, saat 15:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda U-21-lə yoxlama oyunu keçirəcək.
