İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Meksika komandası ilə qarşılaşıb.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Cem Fələk və Abdussəməd Gürsoy vurub.
Futbolçularımız bu turnir çərçivəsində sentyabrın 29-da keçirdikləri ilk oyunda Kanada yığması ilə heç-heçə etmişdi – 2:2.
Yığmamız turnirdə növbəti oyununu oktyabrın 1-də, Bakı vaxtı ilə saat 21:30-da ABŞ komandasına qarşı keçirəcək.
