15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
Korner.az-ın məlumatına görə, millimiz martın 25-dən 31-ə qədər hazırlıq keçəcək. Məşqlər Bakıda baş tutacaq.
Qeyd edək ki, toplanışa dəvət olunmuş futbolçuların siyahısı hələ müəyyənləşməyib.
