Milli Macarıstana uduzdu
17.11.2022 , 21:11

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın U-21 yığması bu gün yoxlama görüşünə çıxıb.
Korner.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Macarıstanın U-21 yığması ilə qarşılaşıb. Görüş millimizin 0:3 məğlubiyyəti ilə bitib.
Azərbaycanın U-21 yığması noyabrın 20-də İsveçdən olan həmyaşıdları ilə üz-üzə gələcək.
Yoldaşlıq oyunu
17 noyabr
19:00 Macarıstan U-21 – Azərbaycan U-21 – 3:0
