Bu gün Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” turnirində ilk tura yekun vurulub.
Korner.az-ın məlumatına görə, 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yarışda ilk matçını keçirib.
Patrisiya Qonzalesin başçılıq etdiyi yığmamızın rəqibi Rumıniya futbolçuları olub.“Kuban baharı”nda debüt edən yığmamız rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, milli komandamızın yer aldığı C qurupunda Estoniyanı 2:0 hesabı ilə məğlub edən Ukrayna hələki liderdir.