Bu gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində 2-ci qrupun oyunlarına yekun vurulub.
Korner.az-ın məlumatına görə, qrupun son oyunu milli komandamız üçün formal xarakter daşıyıb. Mirbağır İsayevin komandası Serbiyaya qalib gələcəyi halda yarışı üçüncü pillədə tamamlayacaqdı. Amma komandamız əvvəli iki oyunda olduğu kimi, bu matçda da böyükhesablı uduzub. Beləliklə, millimiz qrupda çıxışını bir xal qazanmadan və bir qol belə vurmadan tamalayıb.
Bu qrupun digər oyunu – Xorvatiya – Portuqaliya matçı isə xüsusi maraq kəsb edir. Qrup birincisi olacaq komanda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaqdı. Bu görüş xorvatların qələbəsi ilə başa çatıb.
16.30. Xorvatiya – Portuqaliya – 1:0
“Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionu
Qol: Moro, 42
16.30. Azərbaycan – Serbiya – 0:4
“Bakcell arena”
Qol: Todoroviç, 20 (0:1), Stanisavleviç, 28 (0:2), Mexmedoviç, 46-pen. (0:3), Panoviç, 77 (0:4)
