Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. U-21 yığmamız Kosovonun qonağı olacaq. Bu matç ötən ilin sonunda gənclər yığmamızın “sükanı arxasına” keçən Rəşad Sadıqovun millinin baş məşqçisi kimi ilk rəsmi oyunu olacaq.
Yığmamız seçmə mərhələdə keçirdiyi 5 oyundan cəmi 1 xal toplayıb və qrupun aşkar autsayderidi. Sadıqovun yetirmələri Mitrovitsada keçiriləcək qarşılaşmada seçmə mərhələdə ilk 3 xalı qazanmaq niyyətindədi. Məhz buna görə, əsas millinin üzvü olan Mahir Mədətov, Ramil Şeydayev kimi futbolçular U-21-in sərəncamına verilib.
Bu komandalar arasında ötən il Bakıda baş tutmuş ilk matç qolsuz bərabərliklə nəticələnmişdi.
Qrupun digər oyununda isə Almaniya İsraili qəbul edəcək.
U-21 Avropa çempionatının seçmə mərhələsi
5-ci qrup
22 mart
22:00 Kosovo – Azərbaycan – 2:0
Baş hakim: Donald Robertson
Baş hakimin köməkçiləri: Cordan Stokoe və Şon Karr
Dördüncü hakim: Nikolas Uolş (hamısı Şotlandiya)
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu
22:00 Almaniya – İsrail
