Çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci il Dünya Kubokunun Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda ilk oyununu keçirib.
Korner.az-ın məlumatına görə, İtaliyanın Yezolo şəhərində baş tutan görüşdə rəqib İspaniya yığması olub.
Qarşılaşma 4:2 hesabı ilə başa çatıb. Millinin heyətində İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov fərqlənib. Bir dəfə isə ispaniyalı futbolçu topu öz qapısına göndərib.
Milli komanda növbəti oyununu sentyabrın 8-də İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
