21 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 13-dən 20-ə qədər İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olacaq.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi çərçivəsində yığmamız fevralın 19-da Andorranın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
