Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində son oyununu keçirəcək.
Millimiz İslandiya ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Millimiz daha öncə keçirdiyi oyunlarda Almaniya (0:5) və İrlandiyaya (0:1) məğlub olub.
U-17 Avropa çempionatının seçmə mərhələsi (qızlar)
28 mart
14:00 Azərbaycan – İslandiya
Baş hakim: Anastasiya Romanyuk (Ukrayna)
Baş hakimin köməkçiləri: Oleksandra Vdovina (Ukrayna), Anja Klimm (Almaniya)
Dördüncü hakim: Miriam Şveynefuv (Almaniya)
