Millimiz İranla heç-heçə etdi
23.09.2019 , 18:39

Futzal üzrə Azərbaycan millisi Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində ikinci oyununu keçirib.
Korner.az xəbər verir ki, ilk oyunda Rusiyaya məğlub olan (1:2) millimiz bu dəfə İranla qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
Millimiz son oyununu sentyabrın 25-də saat 15:00-da Qazaxıstan yığmasına qarşı keçirəcək.
Caspian Cup-2019
23 sentyabr
16:00. İran – Azərbaycan 2:2
Qollar: M.Cavid, 21:17. A.Orudji, 34:09 – M.Sanqsefidi, 03:17-öz qapısına. Amadeu, 17:31.
Hakimlər: Vladimir Kadıkov, Yuri Neverov, Sergey Mixeev.
Həştərxan.Zvezdnıy İdman kompleksi.
