Futbol üzrə Azərbaycanın 17 yaşadək yığma komandası Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 3-cü oyununu keçirib.
Korner.az-ın məlumatına görə, qrip mərhələsinin son oyununda millimiz İranla qarşılaşıb. Komandamız görüşü 0:3 hesabı ilə uduzub. Bununla, qrupda 2-ci olan yığmamız sabah 3-cü yer uğrunda matçda oynayacaq.
Qeyd edək ki, yığmamız qrupdakı ilk 2 oyununda Gürcüstanı 1, Türkiyəni 2 cavabsız qolla məğlub etmişdi.
