Azərbaycan boksçuları İrəvanda noyabrın 25-dən dekabrın 8-dək keçiriləcək gənclər arasında Dünya Çempionatında çıxış edəcəklər.
Korner.az-ın Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, idmançılarımızın sözügedən Dünya Çempionatında iştirakı məsələsi demək olar ki, həll olunub.
Yalnız bir neçə məsələni dəqiqləşdirmək qalıb.
Qeyd edək ki, Ermənistanın paytaxtına 6-sı boksçularımız olmaqla, 10 nəfərlik nümayəndə heyətimiz yola düşəcək. Boks yığmamızın yekun tərkibi hələlik tam müəyyən edilməyib.
