19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Püşk yığmamızı güclü rəqiblərlə üz-üzə qoyub. Belə ki, Azərbaycan millisi 7-ci qrupda İngiltərə, Fransa və Danimarka ilə mübarizə aparacaq.
Qeyd edək ki, 2015-ci il iyulun 6-19-da Yunanıstanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaq.
