Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması bu gün Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsində ikinci matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, A qrupunda mübarizə aparan Təbriz Həsənovun komandası bu dəfə Belçika ilə üz-üzə gələcək.
İlk matçında Portuqaliyaya 0:5 hesabı ilə uduzan millimiz bu oyunda qələbə qazanmağa çalışacaq. Əks təqdirdə yığmamız qrupdan çıxmaq şansını daha da çətinə salacaq. 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.
