17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsində ilk matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, Təbriz Həsənovun başçılıq etdiyi komandamız ilk oyununda Portuqaliya ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Qrupun digər matçında Şotlandiya və Belçika münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunun startı saat 19:00-da veriləcək.
Qeyd edək ki, millimiz turnirdə ikinci oyununu Belçikaya qarşı keçirəcək. Mayın 8-də baş tutacaq matç saat 19:00-da başlayacaq.
5 may
Avropa çempionatı
A qrupu
20:00. Azərbaycan – Portuqaliya – 0:5
Qollar: Joze Qomes, 4 (0:1), 16 (0:2), Elçin Əsədov, 24-avtoqol (0:3), Migel Luis, 44 (0:4), Qedson Fernandes, 76 (0:5)
Bakı Olimpiya Stadionu
