Almaniyanın Duysburq şəhərində təşkil olunmuş DFB – Federasiyalar Kubokunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib. Korner.az-ın məlumatına görə, yığmamız "Saarland" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Elnur Cəfərov və Məhəmməd Hüseynov fərqlənib.
