Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb.
Korner.az-ın məlumatına görə, Avopa çempionatının seçmə mərhələsində uğurlu çıxış edərək qrup birincisi olan Azərbaycan millisi siyahıda 2 pillə irəliləyərək Serbiya və Xortvatiya yığmalarını geridə qoyub. Hazırda hesabında 1356 xalı olan millimiz dünyanın 13-cü komandasıdır.
Siyahıya yenə Braziliya millisi başçılıq edir – 1982 xal. İkinci pillədə İspaniya (1975 xal), üçüncü pillədə isə İtaliya (1782 xal) qərarlaşıb.
