Millimiz I divizion klubu ilə bacarmadı
15.12.2018 , 14:43

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Millimiz Bakıda keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk sınağına çıxıb.
Yığmamız I divizion təmsilçisi “Şüvəlan”la qarşılaşıb. Milli bu görüşsə 1:3 hesabı ilə məğlub olub. U-19-un qolunu Turan Vəlizadə vurub.
