Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, komandamız Gürcüstanın U-17 qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Yığmamızın qolunu Aytac Nemətova vurub.
