Millimizdən əzmkar qələbə
17.11.2018 , 18:58

19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ikinci oyununu keçirib.
Vüqar Məmmədin başçılıq etdiyi komandamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Tbilisi şəhərindəki Mixail Mesxi adına stadiondakı matç yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qrupdakı ilk oyununda İsrailə 1:4 hesabı ilə uduzan yığmamız bu qələbə ilə 2-ci pilləyə yüksəlib.
Avropa çempionatının seçmə mərhələsi
1-ci qrup, 2-ci tur
17 noyabr
17:00. Gürcüstan – Azərbaycan – 1:2
Qol: Xarabadze, 45+1 (1:0), Tural Bayramov, 67 (1:1), Zahid Mərdanov, 70 (1:2)
Hakimlər: Donatas Rumşas, Aleksandr Radius (hər ikisi Litva), Karel De Rocker, Erik Lambrexts (hər ikisi Belçika)
