Millimiz gerilədi – FIFA açıqladı
14.06.2019 , 12:16

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, bərbad göstəricilərə malik Azərbaycan millisi 14 xal itirib.
AVRO-2020-nin seçmə oyununda Macarıstan (1:3) və Slovakiyaya (1:5) məğlub olan millimiz bu nəticələrdən sonra 2 pillə geriləyib.
Bununlada xal hesabı 1188-ə düşən Nikola Yurçeviçin kollektivi 110-cu pillədə qərarlaşıb.
