Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-06-16&&dateTo=2019-06-17): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
U21

Millimiz Fransa və İsveçrə ilə eyni qrupa düşdü

11.12.2018 , 12:46

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2021-in seçmə mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 12:00-da başlayıb.

Püşkatmaya E səbətindən qoşulan millimiz Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteynlə birlikdə 2-ci qrupa düşüb.

Final mərhələsi Macarıstan və Sloveniyada keçiriləcək seçmə mərhələdə 53 komanda iştirak edib. Adıçəkilən ölkələr meydan sahibləri olduqları üçün birbaşa final mərhələsindən mübarizəyə qoşulacaqlar. Yerdə qalan komandalar isə 9 qrupa bölünüblər. İlk 8 qrupda 6, sonuncu qrupda isə 5 yığma mübarizə aparacaq.

AÇ-2021-in seçmə mərhələsinin qrupları:

1-ci qrup: İtaliya, İsveç, İslandiya, İrlandiya, Ermənistan, Lüksemburq;

2-ci qrup: Fransa, Slovakiya, İsveçrə, Gürcüstan, Azərbaycan, Lixtenşteyn;

3-cü qrup: İngiltərə, Avstriya, Türkiyə, Kosovo, Albaniya, Andorra;

4-cü qrup: Xorvatiya, Çexiya, Yunanıstan, Şotlandiya, Litva, San-Marino;

5-ci qrup: Serbiya, Polşa, Rusiya, Bolqarıstan, Latviya, Estoniya;

6-cı qrup: İspaniya, İsrail, Monteneqro, Makedoniya, Qazaxıstan, Farer adaları;

7-ci qrup: Portuqaliya, Hollandiya, Norveç, Belarus, Kipr, Cəbəllütariq;

8-ci qrup: Danirmaka, Rumıniya, Ukrayna, Finlandiya, Şimali İrlandiya, Malta;

9-cu qrup: Almaniya, Belçika, Uels, Bosniya və Herseqovina, Moldova;

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2021-ci ilin iyun ayında keçiriləcək.

Son yazılar

Yuxarı