Millimiz FIFA reytinqində irəlilədi
17.09.2020 , 12:36

Milli komandaların FİFA reytinqi açıqlanıb.
Korner.az-ın məlumatına görə, millimiz yeni siyahıda iki pillə irəliləyib.
Evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Canni de Byazini yetirmələri 1179 xalla dünyanın 112-ci komandasıdır.
Kipr üzərində qələbə qazanan millimiz ötən reytinqlə müqayisədə aktivini 2 xal artıraraq 2 pillə irəliləyib.
Qeyd edək ki, siyahının 1-ci pilləsində 1773 xala malik Belçika qərarlaşıb.
