Millimiz FİFA reytinqində irəlilədi
25.07.2019 , 16:51

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandası 1 pillə irəliləyib.1188 xalla milli komanda 109-cu sırada yer alıb.
Millinin Avro 2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1625) 7-ci (-1),Uels (1514) 24-cü (-1), Slovakiya (1491) 31-ci (0), Macarıstan isə (1442) 45-ci (-3) yer alıb.
Qeyd edək ki,siyahıya 1746 xalla Belçika başçılıq edir.
