FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Korner.az xəbər verir ki, Azərbaycan millisi 9 pillə geriləyib.
“Avro-2016″nın seçmə mərhələsində Norveçə 0:1 hesabı ilə uduzan komandamız 135-ci pillədə qərarlaşıb.
“Avro-2016″dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. İtaliya millisi ötən ay olduğu kimi bu dəfə də 11-ci pillədə qərarlaşıb.
Digər rəqiblərimizdən Xorvatiya isə 5 pillə geriləyərək 19-cu olub. Norveç (+1) 67-ci, Bolqarıstan (-7) 66-cı və Malta isə (+9) 148-ci pillədə qərarlaşıb.
Siyahıya “DÇ-2014″ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.
