Millimiz Farer adalarında
10.10.2018 , 10:46
Yığmaız UEFA Millətlər Liqasında 3-cü turun oyununu keçirmək üçün yollandığı Farer adalarına çatıb.
Komandamız Heydər Əliyev Beynəlxalq Hava Limanından Danimarkanın paytaxtı Kopenhagenə gedib. Komanda oradan Farer adalarının paytaxtı Torshavana uçub. İki saatlıq uçuşun ardından komanda yerli vaxtla saat 24:00-da (Bakı vaxtı ilə saat 03:00) “Vogar” hava limanına enib.
Qeyd edək ki, millimizin Farer adaları ilə oyunu oktyabrın 9-da “Torsvollur” stadionunda keçiriləcək. Görüş saat 22:45-də başlanacaq.