Bu gün Moskvada güləş üzrə Avropa xalqları kubokunda sərbəst və yunan-Roma güləş növü üzrə ilkin yarışlar keçirilib.
Korner.az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Ukrayna və Ermənistanla eyni qrupda çıxış edib.
Komandamız iki dəfə qələbə qazanaraq finala çıxıb. Millimiz sabah burada Rusiya ilə qarşılaşacaq.
Azərbaycan-Ermənistan – 6:1
Azərbaycan – Ukrayna 4:3