Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində son oyununu keçirib.
Millimiz İslandiya ilə üz-üzə gəlib. Matç millimizin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib.
Xatırladaq ki, millimiz daha öncə keçirdiyi oyunlarda da, Almaniya (0:5) və İrlandiyaya (0:1) məğlub olmuşdu.
U-17, Avropa çempionatının elit-raund mərhələsi (qızlar)
28 mart
14:00 Azərbaycan – İslandiya 1:3
Qol: Dilara Soley Deli, 60 – Arna Eiriksdottir, 8; 36. Karolina Cek, 47.
Baş hakim: Anastasiya Romanyuk (Ukrayna)
Baş hakimin köməkçiləri: Oleksandra Vdovina (Ukrayna), Anja Klimm (Almaniya)
Dördüncü hakim: Miriam Şveynefuv (Almaniya)
