Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin IV qrupunda III turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, millimiz qrupun son oyununda Sloveniya yığması ilə qarşılaşıb.
Matç komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər qarşılaşmasında Slovakiyanın Macarıstanı 3:0 hesabı ilə məğlub etməsi təmsilçimizin elit-raunda adlamasına bəs edib.
Avropa çempionatı, seçmə mərhələ oyunu
15 noyabr
Azərbaycan – Sloveniya – 3:2
Qollar: Vadim Ağarəhimov, 23-pen., Elnur Süleymanov, 35; Mahir Mədətov, 42 // Ozbolt, 48; 77-pen.
