Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığması hazırda 15-ci yerdə gedir.
Komandamız ötən ay olduğu kimi, yenə 1323 xala malikdi. Bir sözlə, millimizin mövqeyində və reytinq xalında dəyişiklik olmayıb.
Siyahıya İspaniya rəhbərlik edir – 2006 xal. İkinci yerdə Braziliya (1924), üçüncü yerdə İtaliya (1765) gedir.
