Xorvatiyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama matçı keçirib.
Korner.az-ın məlumatına görə, millimiz Xorvatiya I divizionunda mübarizə aparan “Riyeka” klubu ilə qüvvəsini sınayıb.
Qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
