Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata əsasən, yığmamız “Dinamo” (Zaqreb) klubunun U-16 komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Pilağa Mehdiyev fərqlənib.
