21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
5-ci qrupda çıxış edən komandamız səfərdə Almaniya ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub. Bu, Samir Ələkbərovun baş məşqçisi olduğu yığmamızda debüt matçı olub.
Qeyd edək ki, millimiz bundan əvvəl İsrail və İrlandiyaya 1:3 hesabı ilə məğlub olmuşdu.
6 oktyabr
Almaniya U-21 – Azərbaycan U-21 – 6:1
Qollar: Oşs, 8 (1:0), Dahud, 34 (2:0), Oşs, 37 (3:0) Krivotsyuk, 53-avtoqol (4:0), Hartel, 72 (5:0), Teuçert, 83 (6:0), İlyas Səfərzadə, 86 (6:1)
