Slovakiyanın Preşov şəhərində təşkil olunmuş beynəlxalq turnirdə eşitməqüsurlu əlillərdən ibarət U-16 Azərbaycan yığması daha 2 oyun keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Polşa-2 komandası ilə 3:3 hesablı heç-heçə edən yığmamız slovakiyalı həmyaşıdlarına 0:1 hesabı ilə məğlub olub.
