Bu gün DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, Azərbaycan millisi də növbəti oyununa çıxacaq.
Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağı olacaq. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz çətin səfər qarşılaşmasından da sərfəfli nəticə ilə dönmək əzmindədir.
11 oktyabr
22:45. Çexiya – Azərbaycan – 0:0
Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali (Sloveniya)
Ostrava. “Vitkovitse” stadionu
