Millimiz Bosniya və Herseqovinaya uduzdu
19.11.2018 , 18:56

21 yaşadək futbolçulardan ibarət milli komandamız təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama görüşünü keçirib.
Rəşad Sadıqov komandası səfərdə Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb. Görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb – 0:2.
Qeyd edək ki, yığmamız ilk yoxlama matçında Avropa çempionatının bürünc mükafatçısı Ukraynaya məğlub olub – 0:1.
19 noyabr
Yoxlama görüşü
16:00. Bosniya və Herseqovina – Azərbaycan – 2:0
Qol: Mulahüseynoviç, 34, Yuriç, 72
