U19

Millimiz Bolqarıstanla heç-heçə etdi

24.10.2018 , 11:20

Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən oyunda qolsuz heç-heçə qeydə alınıb.

Xatırladaq ki, bu komandalar arasında növbəti oyun oktyabrın 25-də, saat 12:00-da keçiriləcək.

Son yazılar

Yuxarı