17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Kişinyov şəhərində təşkil olunmuş "FA of Moldova Cup" turnirində çıxışını başa vurub.
Korner.az-ın məlumatına görə, bu gün bolqarıstanlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıb.
Yığmamızın qollarını Fəhmin Muradbəyli, Elçin Cəfərov və Mahir Mədətov (penaltidən) vurub.
Komandamızın turniri ikinci, yaxud üçüncü pillədə başa vurması bu gün Bakı vaxtı ilə saat 14:30-da başlamış Moldova – Rumıniya qarşılaşmasının nəticəsinə əsasən müəyyənləşəcək.
