17 yaşadək qızlardan ibarət Azərbaycan və Bolqarıstan yığma komandaları arasında bu gün Qəbələ şəhərində yoldaşlıq oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, Aysun Əliyevanın vurduğu qol sayəsində qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
İyulun 12-də, saat 18:00-da, Qəbələ şəhərində bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.
