Millimiz Bolqarıstana uduzdu
25.10.2018 , 17:36

Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama görüşünü keçirib.
Vüqar Məmmədin yetirmələri Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millimizin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl baş tutan görüş qolsuz bərabərliklə tamamlanmışdı.
