FİFA futzal üzrə dünya yığmalarının yeni reytinq cədvəlini açıqlayıb. Korner.az-ın məlumatına görə, Joze Alesio da Silvanın rəhbərlik etdiyi milli komandamız bir pillə geriləyib.
Belə ki, dekabr ayında açıqlanan siyahıda millimiz 15 pillədə qərarlaşmışdısa, bu dəfə yığmamız 1295 xalla 16-cı pilləyə enib.
Dünya çempionatının `pley-off` mərhələsində millimizi mğlub edən Rusiya seçməsi isə 4-cü pillədə qərarlaşıb. Avropa komandaları arasında isə Azərbaycan 10-cu yerdə gedir. Komandamız İspaniya (2004), İtaliya (1762), Rusiya (1710), Portuqaliya (1659), Ukrayna (1478), Serbiya (1364), Xorvatiya (1359), Rumıniya (1349) və Belarusdan (1313) geri qalır.
