19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadə verdiyi məlumata görə, qarşılaşmalar iyunun 8-də və 10-da Bakı Olimpiya Stadionunun əsas meydanında təşkil olunacaq.
Hər iki oyun saat 19:00-da başlayacaq.
