Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Korner.az-ın məlumatına görə, yığmamız Bakı Olimpiya Stadionunda Belarusun müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb. Bu oyunda millimiz 1:4 hesabı ilə uduzub.
8 iyun
Azərbaycan (U-19) – Belarus (U-19) – 1:4
Qollar: Vladislav Muxammaedov, 8 (0:1), Murad Xaçayev, 15 (1:1), İvan Bakhar, 40 (1:2), 90+1 (1:3), Dmitri Kalimoviç, 90+4 (1:4)
